Məsuliyyət altına girmək və istedadları üzə çıxartmaq istəyi nədən qaynaqlanır?


Bizim varlığımızda elə nemətlər vardır ki, onların məhsul verməsi zəruridir. Əgər bu nemətləri əldən versək, ölən zaman çox acı təəssüf yeyərik.

Məsuliyyət altına girmək və istedadları üzə çıxartmaq istəyi də bu nemətlərdəndir. Məsuliyyətlərin bəzi sütunları vardır ki, onların üzərində inşa olar. O cümlədən:

1. Allah Təala nemətləri boş yerə verməz və səbəbsiz yerə də geri almaz. Hər kimin neməti olar, məsuliyyət sahibidir. Hər kimin neməti daha çox olar, məsuliyyəti də daha çox olar. Bu yolla məsuliyyətin miqdarı müəyyən olunar.

2. Bizim varlığımızda elə istedadlar vardır ki, onları çiçəkləndirmək lazımdır. Əgər onlardan doğru yerdə istifadə edə bilsək, bizə bəhrə gətirəcəkdir. Əgər onları nəfsani istəklərimiz yolunda istifadə etsək, faydasız olar.

3. Əgər Allahın bizə verdiyi sərmayəni doğru yolda istifadə etsək, nemətə çevrilər, əks halda israf sayılar. Qurani-Kərimdə bu səbəbdən buyurulur: “Həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq”. (“Bəqərə” 156).

Yəni, bizim nəyimiz varsa – Allahdandır və gərək Onun yolunda, Onun göstərişləri yolunda xərcləyək. Əks halda, cavab verməli olacağıq. Çünki bizim qayıdış yerimiz də Allaha tərəfdir.

Ona görə də belə nəticəyə gəlmək olar:

- Verilmişlər bir gün geri alınacaqdır.

- Sərmayə fayda verməlidir, ziyan yox.

- Hər şey Ondandır, Onun üçün də olmalıdır.

Bütün məsuliyyətlərin kökündə məhz bu 3 sütun dayanır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter