Dünya pisdirsə, Allah onu nə üçün yaradıb?
Dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur!
Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya qul olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyən qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur.
İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır».
Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar.
Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya gönül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir».
Maraqlıdır ki, rəvayətlərdə insana ailə-övladını sevmək tövsiyə olunur. Peyğəmbər və İmamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: «İnsan dünyanın övladıdır və kimsə anasını sevdiyi üçün qınanmaz». Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun nemətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: «Dünya axirət üçün ən böyük köməkdir».
Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır./nur-az