Dəyərli ustad Əllamə Təbətəbaidən həyati əhəmiyyətli tövsiyə nə haqdadır?


Ustadın kitab və əsərlərindən başqa vəsiyyət və tövsiyələri də vardır ki, bu kiçik həcmli cümlələr böyük cildli kitablar qədər əhatəlidir.
İslaminSesi.info- Bir alim bir aləmə bərabərdir. Əbəs yerə “alim öldü, aləm öldü” deməmişlər. Tanınmış alim, filosof, mütəfəkkir Əllamə Məhəmməd Hüseyn Təbətəbai bu cür dəyərli alimlərdəndir. Ustadın bir çox dəyərli əsərləri elm ocaqlarında tədris vəsaitləri kimi istifadə olunur və İslamın çiçəklənməsində əvəzsiz rola malikdir.

Ustadın kitab və əsərlərindən başqa vəsiyyət və tövsiyələri də vardır ki, bu kiçik həcmli cümlələr böyük cildli kitablar qədər əhatəlidir.

Bir gün bir nəfər ustada yaxınlaşıb deyir: Ustad! Mən səbirsiz və tələskən biriyəm. Mənə elə bir nəsihət edin ki, bütün maarif və bilikləri əhatə eləsin.

Ustad şirin təbəssüm edib buyurur:

“Hamı ilə mehriban ol!
Çünki Quran bütünlüklə Bismilləhir-Rəhmanir-Rəhimdən ibarətdir. Allahın bütün məxluqi ilə Rəhman, möminlərlə isə Rəhim ol!”

Qeyd:
Bismilləhir-Rəhmanir-Rəhimin təfsirində və tərcüməsində təfsirçilər qeyd edir ki, Rəhman dünyada dinindən, əqidəsindən, düşüncəsindən aslı olmayaraq hər kəsə rəhm edən mənasındadır. Rəhim isə tərcümədə axirətdə yalnız möminə rəhm edən Allah mənasındadır. Ustad bu dəyərli kəlməsi ilə həm ayəni təfsir edir, həm Quranın hədəfini açıqlayır, həm də insanlığın nicat yolunu bəyan edir./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter