Hansı əməl sahibləri qəbir əzabından xilas olarlar?


İslam maarifinə əsasən bəzi insanlar qəbir əzabından xilas olunar və günah edən şəxslər kimi bərzəx sıxıntısı çəkməzlər:

1-O kəslər ki, qəbirə qoyulan zaman təlqinlər oxuna,
2-O kəslər ki, Dördüncü günündən cümə namazına qədər dünyasını dəyişə,

3-O kəslər ki, dəfn olunan zaman meyyitin üzərinə iki goy ağac qoyula,
4-O kəslər ki, onların dəfni zamanı qırx nəfər meyyitin yaxşı adam olmasına şəhadət verə və Allah-Taaladan (c.c) onun üçün bağışlanma diləyələr.

5-O kəslər ki, namazın rüku və səcdələrini layiqli yerinə yetirələr.
6-O kəslər ki, cümə günü nisa surəsini çox oxuya, Zuxruf surəsini oxumaqda davamlı olalar, gecə namazı qılalar və eləcə də müqəddəs məkanlarda dəfn oluna, məsələn İmam Əlinin (ə) kənarında.

Mənbələr:
1-Həqqul-Yəqin kitabı, Əllamə məclisi, cild, 2, səh: 390
2-Mənazilul Axirət kitabı, Abbas Qumi, səh: 26-30,
3-Həqqul-Yəqin kitabı, Abdullah Şübbər, cild, 2, səh: 391


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter