Ölümdən qorxmamaq üçün hansı üç səhv düşüncədən xilas olmaq lazımdır?


İnsan ölümdən qorxar! Üç səbəbə görə:

1-Ölümün həqiqətini dərk etmədiyinə görə,
2-Bəzi insanlar ölümdən qorxurlar! Çünki insanın günahı onun cəzasının ağır olduğunun göstəricisidir,
3-Bəzi insanların dünyaya bağlılığı onların ölməkdən qorxmasına səbəb olur.

Dünyaya bağlı insan elə düşünür ki, ölüm hər şeyin sonu deməkdir!
Bu üç qorxu səbəbindən xilas olmaq üçün ilahi dinlər insanlara tövsiyə edir ki, 1-Ölümün həqiqətini açıqlayan Peyğəmbərlərin (ə) sözləri əsasında tərbiyə olunsunlar.

2-İlahi dinlər tövsiyə edir ki, günahlara görə ölümdən qorxan insanlar gərək Allahın rəhmətinə ümidli olaraq tövbə etsin və boyunlarında olan haqları ödəməyə çalışsınlar

3-İlahi dinlər ölümü yox olmaq mənasında düşünərək qorxan insanlara tövsiyə edir ki, dünyaya gəlmə hədəflərini düzgün anlasınlar və bilsinlər ki, dünya insanın yaşaması üçün hədəf deyil bəlkə dünya hazırlıq və həqiqi xoşbəxtliyə çatmaq üçün bir vasitəsdir.

Hz Əli (ə) buyurur: Mömin insanlar o şəxslərdirlər ki, dünyanın qazanc əldə etmək üçün qəbul ediblər. Belə olmasaydı onlar bir an belə yaşamaq istəməz və Allah-Taaladan (c.c) ölüm arzu edərdilər. (Nəhcül Bəlağə, xütbə/182)
Hazırladı: Y. Əliyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter