Bərzəx bədənİ maddİdİrmİ?


Cavab: Etiraf etməliyik ki, dünyəvi elmlər belə suallar qarşısında tam acizdir. Əslində insan təfəkkürü bir çox həqiqətlər qarşısında kəsərsizdir. Uyğun məsələlər haqqında yalnız az saylı övliyalar məlumata malikdirlər. Amma Quran ayələri və rəvayətlərdən bəzi qənaətlərə gəlmək olar.
Əvvəla insan heç bir dünyada bədənsiz olmur. Ruh varsa, onun gəzdiyi bədən də var. Amma dünya ilə bərzəx aləmi, bərzəx aləmi ilə axirət dünyası arasında fərqlər var. Hər aləmin öz xüsusiyyət və qanunları olduğundan, həmin aləmdə də ruhu daşıyan bədən səciyyəvi xüsusiyyətlərə malikdir.
Rəvayətlərdə bildirilir ki, bərzəx bədəni dünyəvi bədənə oxşayır. Amma bu bədən daha kamildir. Qiyamət bədəni isə bərzəx bədənindən üstündür. Bərzəx bədəninin də forması, çəkisi və ölçüsü var. Dünyasını dəyişmiş insan başqa bir ölü ilə rastlaşdıqda onu tanıyır. Bir sözlə, dünyəvi bədənə oxşayan bərzəx bədənini dünyəvi bədən tipində maddi hesab etmək olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter