Hz Əli İbn Əbi Talib (ə): namazda edilən iki səcdənin mənası necə açıqladı?


Həzrəti Əlinin (ə) hədisində iki səcdənin hikməti
Bir kişi Hz Əlidən (ə) soruşdu? Ey Allahın seçilmiş bəndəsinin əmisi oğlu! Namazdakı birinci səcdənin mənası nədir?
Həzrət Əli (ə) buyurdu: Mənası budur ki İlahi! Sən bizi torpaqdan yaratmısan!

Elə ki, alınını səcdədən qaldırırsan mənası budur ki, İlahi! Bizi torpaqdan yaratdın və inkişaf etdirdin!
İkinci dəfə səcdə yəni: İlahi! Sən bizi yenə torpağa geri qaytaracaqsan!

Elə ki, ikinci dəfə səcdədən baş qaldırırsan yəni: yenə də qiyamətdə bizi torpağdan geri qaytaracaqsan!
Mənbə: Mən La Yəhzuruhul Fəqih kitabından seçmələr, cild: 1, səh: 158.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter