Qiyamət günü 3 ağır zaman hansı zamanlardır?


Bir nəfər İslam Peyğəmbərindən (s) soruşur: “Qiyamət günü dostlar yada düşürmü?”. Peyğəmbər (s) cavabında buyurur: “Üç halda heç kəs heç kəsi yada salmaz:

1. Tərəzinin yanında ki, insanın o zaman bütün fikri onda olar ki, günah yükü ağırdır, yoxsa yüngül?

2. Sirat körpüsünün yanında ki, insanın bütün fikri bu cəhətdə olar ki, ondan keçə biləcəkdirmi, yoxsa bacarmayacaqdır?

3. Əməl dəftəri paylanan zaman ki, insanın bütün fikri onda olar ki, əməl dəftəri sağ əlinə veriləcəkdir, yoxsa sol əlinə?

Bu üç halda nə qohumlar, nə dostlar, nə atası, anası, oğlu – heç biri o birisini yada salmaz. Budur Allahın kəlamının mənası: “O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır”. (“Əbəsə” 37)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter