Hz Peyğəmbər (s) hədis: Hansı nemətlərin daha çox qədrini bilmək lazımdır?


Həzrəti Peyğəmbər (s) buyurur: Hər nemətin qədrini bilmək lazımdır. Beş nemətin qədrini əldən verməzdən öncə bilmək daha zəruridir:

1-Cavanlığın qədrini bilin qocalıqdan öncə,
2-Can sağlamlığınızın qədrini bilin xəstələnmədən öncə,

3-İmkanlılığınızın qədrini bilin kasıblıq üz gətirəndən öncə,
4-Fürsətli günlərinizin qədrini bilin işlər sizi özünə bağlayandan öncə,
5-Ömrünüzün qədrini bilin, ölümdən öncə,

Mənbə: Nəhcül-Fəsahə kitabı, səh: 226.
Hz Əli (ə) buyurur: Ömrünüzün qədrini bilin ki, bulud təki keçib gedər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter