İnsanın əməl naməsi nə vaxt bağlanır?


Toy salonunda işıqları söndürüb qaçan adamı ədalətlə cəzalandırmaq üçün işığın sönməsi nəticəsində baş verən bütün hadisələr nəzərə alınmalıdır. Bəli, qaranlıq səbəbindən qab-qacağın sınmasında, adamların pilləkəndən yıxılmasında, uşaqların qorxmasında, bir sözlə, tədbirin pozulmasında həmin şəxs təqsirkardır. Quran buyurur ki, həm əməllər, həm də onların nəticələri yazılır. (“Yasin”, 32.) Hədisdə deyilir ki, yaxşı bir işin bünövrəsini qoyan adama sonralar da bu işi görənlərin savabı verilir. Eləcə də, insanlar üçün pis bir yol düşünən adam o yolu gedən bütün adamların günahına şərikdir. (“Kənzül-Ümmal”, h. 430. 79.)

Bir şəxs kiməsə siqaret çəkməyi öyrədirsə, ikinci şəxs üçüncüyə, üçüncü dördüncüyə bu pis vərdişi ötürürsə, birinci şəxs bütün sonrakıların günahına şərikdir.
Hədisdə oxuyuruq ki, valideyn övladın, yaxşı işlərinə ibtidai sinif müəllimi şagirdin sonrakı dövrlərdə müvəffəqiyyətlərinə şərik olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter