Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?


Agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdı
Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır.

Quran buyurur: “Bilmədiyinizi zikr əhlindən soruşun.” (“Nəhl”, 43.)
Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter