Elm məktəbi olan Cəfəri məktəbi bilik arxasınca olanlara hansı tövsiyələri verir?


İmam Sadiq (ə) buyurur: Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır:

Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə.

Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et.

Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)\".

Sonra İmam həmin adama buyurdu: \"Mən sənə nəsihət edib borcumu verdim. Indi isə get, çünki mənim ibadət vaxtımdır. Mən öz vaxtımı boş keçirmək istəmirəm. Hidayətə tabe olanlara Allahın salamı və bərəkəti olsun./Sibtayn


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter