İmam Məhdi (ə.f) tərəfdaşlarının “bulud kimi toplaşması” nə deməkdir?
İmam Əli (ə) “Nəhcul-bəlağə”də İmam Zaman ağanın (ə.f) dostlarının və tərəfdaşlarının sifətlərini bəyan etmişdir ki, onlarla tanış olaq:
İmam Əli (ə) buyurur: “Onun davamçıları payız buludları kimi toplaşarlar”.
Təfsirçilərin nəzərinə görə, İmam işarə edir ki, İmam Məhdinin (ə.f) tərəfdaşları mənəvi cəhətdən o qədər yüksələcəklər ki, teyyul-ərz vasitəsilə özlərini Kəbə evinə çatdıracaqlar.
İmam Əli (ə) payız buludu dedikdə, onların sürətini də nəzərdə tutur ki, necə sürətlə İmamın (ə.f) ətrafında toplaşacaqlar.
Həzrət (ə) başqa yerdə buyurur: “Bir dəstə fitnələri əzmək üçün hazır olacaqdır və qılınc kimi cilalanmışdılar. Gözləri Quranla aydınlanıbdır. Qulaqlarında Quran təfsiri səslənər. Səhər və axşam cağı hikmət libasını başlarına çəkərlər”. (Tebyan)
İmam Əli (ə) bu nurani kəlamında iki mühüm xüsusiyyətə işarə etmişdir.
1. Bu insanlar fitnələri əzmək üçün hazırlığa malikdirlər. Hər kim fitnəni əzməyə hazır olar, onun açıq bəsirəti, vəziyyəti düzgün dəyərləndirmək qabiliyyəti və lazım olan zamanda lazım olan əməlləri yerinə yetirmək məharəti olar. Ona görə də hər kim İmamın (ə.f) dostlarından olmaq istəyirsə,gərək bu deyilən sifətlərə malik olsun.
2. Gözləri Quranla aydınlanıb və qularları Quran təfsirini eşidir. Yəni, hər kim İmama (ə.f) aşiqdir, gərək Quranla yaxın olsun. Çünki Quran insanı cəhalətdən uzaqlaşdırar, qəlbini pak edər və bəsirətini açar./Deyerler.