Şəfaət nədİr Kİ, sİz ona İnanIrsInIz?


Cavab: Şəfaət islamın danılmaz əqidə üsullarından biridir ki, bütün islam firqələri və məzhəbləri Qur`an ayələrinə və rəvayətlərə istinad edərək onu qəbul etmişlər. Amma şəfaətin nəticəsi ilə əlaqədar müəyyən ixtilaflar nəzərə çarpır. Şəfaətin həqiqəti bundan ibarətdir ki, Allah dərgahında müəyyən yüksək məqama malik olan, hörmətə layiq görülən bir insan Mütəal-Allahdan digər bir insanın günahlarının bağışlanmasına və ya onun dərəcəsinin yüksəldilməsinə vasitəçi olsun. Rəsuli Əkrəm (s.ə.v.v) buyurur:
اُعْطِيْتُ خَمْسًا...وَ اُعْطِيْتُ شَفَاعَةً فَادَّخَرْتُهَا لِاُمَّتِي
“Mənə beş şey əta olunmuşdur... Və mənə şəfaət (etmə məqamı) əta olunmuşdur ki, onu da öz ümmətim üçün ehtiyat saxlamışam.”[1]
Şəfaətİn məhdudİyyətİ
Qur`an nəzərindən mütləq, yə`ni heç bir qeyd-şərt olmadan nəzərdə tutulan şəfaət rədd olunur. Şəfaət yalnız aşağıdakı hallarda tə`sirlidir:
1-Şəfaət edən şəxs Allah tərəfindən şəfaət etməyə icazəli olsun. Yalnız o kəslər şəfaət edə bilər ki, Allah dərgahına mə`nəvi yaxınlıqdan əlavə, Onun tərəfindən də icazəli olsunlar. Qur`anda bu barədə buyurulur:
لَا يَمْلِكُونَ الشَّفَاعَةَ اِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا
“Şəfaətə heç kəs malik olmazæ yalnız o kəs malik olar ki, Rəhman Allahın yanında əhd almış olsun.”[2]
Digər bir ayədə buyurulur:
يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ اِلَّا مَنْ اَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا
“Qiyamət günündə bir kəsin başqasının barəsindəki şəfaəti qəbul olunmaz. Yalnız o kəs üçün qəbul olunar ki, Allah ona izn versin və onun danışığından razı olsun.”[3]
2-Şəfaət olunan şəxs də şəfaətçinin vasitəsilə ilahi feyzi almaq ləyaqətinə malik olsun. Yə`ni onun Allahla imani əlaqəsi, şəfaətçi ilə ruhi bağlılığı kəsilməmiş olsun. Deməli Allahla heç bir iman rabitəsinə malik olmayan kafirlərə, bə`zi günahkar müsəlmanlara, o cümlədən şəfaətçi ilə ruhi bağlılığa malik olmayan namazsız, adam öldürən və s. kimi şəxslərə şəfaət olunmaz. Belə ki, Qur`anda namaz qılmayan və qiyamət gününü inkar edənlər barəsində buyurulur:
فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ
“Şəfaətçilərin şəfaətinin onlara heç bir faydası olmaz.”[4]
Zalımların barəsində isə buyurulur:
مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَ لَا شَفِيعٍ يُطَاعُ
“Zalımlar üçün heç bir xoşluq, şəfaəti qəbul olunacaq bir şəfaətçi olmayacaqdır.”[5]

ŞƏFAƏTİN FƏLSƏFƏSİ
Şəfaət də tövbə kimi günahdan, azğınlıq yolunun yarısından qayıdaraq bu əməlləri tərk etmək istəyənlər üçün ümid yoludur ki, ömrünün qalan hissəsini Allaha itaətlə keçirmək fikrinə gəlsinlər. Çünki günahkar bir insan hər vaxt məhdud bir şəraitdə (bütün şəraitlərdə yox) şəfaətçinin şəfaətinə nail olacağını hiss edərsə bu həddi-hüdudu qorumağa və ondan kənara çıxmamağa çalışar.



ŞƏFAƏTİN NƏTİCƏSİ
Təfsirçilərin arasında şəfaətin günahın bağışlanmasımı, yoxsa dərəcənin yüksəldilməsi ilə əlaqədar nəticəsi barəsində fikir ayrılığı vardır. Lakin Peyğəmbər (s.ə.v.v)-in buyurduğu:
اِنَّ شَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ لِاَهْلِ الْكَبَائِرِ مِنْ اُمَّتِي
“Qiyamət günündə mənim şəfaətim ümmətimdən o kəslərə aiddir ki, kəbirə günahlara mürtəkib olmuşlar” – kəlamına diqqət yetirməklə birinci nəzəriyyə daha aydın olur.[6]


--------------------------------------------------------------------------------

[1] “Müsnədi Əhməd”, 1-ci cild, səh.301, “Səhihi Buxari”, 1-ci cild, səh.91 Misir çapı

[2] “Məryəm” surəsi, ayə:87

[3] “Taha” surəsi, ayə:109

[4] “Müddəssir” surəsi, ayə:48

[5] “Mö`min” surəsi, ayə:18

[6] “Sünəni ibni Macə”, 2-ci cild, səh.583æ “Müsnədi Əhməd”, 3-cü cild, səh.313, “Sünəni Əbu Davud”, 2-ci cild, səh.537æ “Sünəni Tirmizi”, 4-cü cild, səh.45


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter