Nəfs dedikdə nə nəzərdə tutulur? Hansı nəfs şər və mənfiliklərə meyillidir?
Bəzən nəfs dedikdə ruh nəzərdə tutulur. Ancaq əxlaqi bəhslərdə nəfs dedikdə onu kontrol etmək, nəfsin istəkləri və xahişləri şərh edilir. İnsan nəfsinin mərtəbələri vardır. Onun ən alçaq dərəcəsi - əmmarə nəfsdir. Bu nəfs insanın nöqsanlı hallarına və daxili ifrati meyllərinə aid edilir. Bu nəfsin şər və pisliklərə meyli vardır və insanı xeyir yolundan azdıra bilir.
Nəfsin ikinci mərtəbəsi kamal və insanın özünü tərbiyə etməsinə aid edilir. Ona ləvvamə nəfs deyirlər. İnsan nəfsin bu mərtəbəsində ən çox xeyir və gözəl əməllərə tərəf meyl edir və insan günah işlədən zaman bu nəfs onu danlayır və məzəmmət edir. Onu xeyirxahlığa tərəf dəvət edir.
Nəfsin üçüncü mərtəbəsi mütməin nəfsdir. İnsan mütməin nəfsə çatarsa kamalı, səadət və həqiqi hüzuru tapar. Raziyyə və mərziyyə nəfsinə sahib olar. Yəni, həm o, Allahdan razıdır və həm də Allah ondan razıdır.
Ona görə də nəfsin ən zəif mərtəbəsi - əmmarə nəfsdir. Bu nəfs insanı şəhvətə və günaha dəvət edər. Bu nəfsin sahibi sağlam ağıl və İlahi fitrətin hökmlərinə tabe olmaz, çünki iradəsi nəfsi istəklərinin qarşısında çox zəifdir.
Əksinə, güclü nəfsə malik olan insan kamala çatmağa meyil edər və mütməin nəfsə çataraq, səadətini əldə edər. Nəfsi əmmarə ilə nəfsi ləvvamə daima bir-biri ilə mübarizədə olar. İnsanın iki tərəfi vardır: heyvani və mələkuti. İnsanın heyvani tərəfi nəfsi-əmmarədir, mələkuti tərəfi əvvəl ləvvamədir, sonra mütməinədir. Ona görə də insanın heyvani istəklərinə nəfsi əmmarə deyirlər.
Nəfsi-ləvvaməyə əxlaqi vicdan da deyirlər. Nəfsi-ləvvamə insanı xeyir işlərə təşviq edər və ondan sonra tərifləyər. Pis əməldən əvvəl hədələyər, əməldən sonra isə məzəmmət edər və danlayar.
Mütməinə nəfs o nəfsdir ki, onun sahibi haqq əqidəsinə, savab və cəzaya inanır, əminliyi vardır və rahatlıq tapmışdır. Necə ki, Əmirəl-möminin (ə) təqva əhli haqqında buyurur: “Təqvalılar behiştə qarşı o kəslərə bənzəyir ki, onu görüb, nemətlərinə nail olmuşdur. Atəşə qarşı o kəslərə bənzəyir ki, onu görmüş və orada əzab olunmuşdur”.
İnsan səadətinin dərəcəsi bu nəfsinin dərəcəsindən asılıdır. Quran bu nəfs haqqında buyurur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!”. (“Hicr” 27-28)./Deyerler.