Həqiqəti demək vacibdirmi?
Həqiqəti gizlətmək haramdır. Amma həqiqəti deməyin də şərtləri var. Münasib şərait olmadan deyilən həqiqət fəsad yaradır.
Şəkər tozu şirindir. Amma onu birbaşa uşağın ağzına töksək, uşaq boğular. Şəkər suda həll edilib uşağa tədricən verilməlidir.
Əksər insanlar həqiqəti birbaşa qəbul etmək iqtidarında deyillər. Hamamda başına vedrə ilə su tökən adamın başına küçədə bir stəkan su töksəniz, sözsüz ki, cırnayar.
Müsəlmanların alimlərə hörməti, xüms və zəkat ödəməsi onların bu dəyərlərə dərin inamına əsaslanır. Əziyyətli yollar keçib mə`sumların ziyarətinə gedənlər küçədə rastlaşdıqları hər adama salam verməyi zəruri hesab etmirlər. Çünki hər hansı bir münasibət üçün tanışlıq və münasib şəraitə ehtiyac var.|nur-az