Kərbəlada cinayət törədənlər: Şimr (lən) kimdir?
Şimr ibni Zilcöşən (lən) Həvazin qəbiləsinin rəhbərlərindən olmuşdur ki, künyəsi Əbu Sabiğə idi. İnsanlar arasında Şimr adı ilə məşhur idi. Bu kəlmənin əbri dilində olduğunu söyləyirlər ki, mənası əfsanə qoşandır. Şimrin atasının adı Şurəhbil ibni Əvər ibni Əmr idi. Ona görə Şimrə Zilcöşən deyirdilər ki, ilk ərəb idi ki, əyninə zireh geyinirdi. Bu zirehi ona İran padşahı vermişdi. O, Məkkənin fəthindən sonra İslam dinini qəbul etmişdir.
Şimr Siffeyn döyüşündə İmam Əliyə (ə) yardım etmişdi. Ancaq sonralar yolunu azır və İmama (ə) qarşı düşmənçilik edir.
O zaman ki, İmam Hüseyn (ə) Müslimi Kufəyə göndərir, Şimr (lən) İbni Ziyadın (lən) əmri ilə Müslimin ətrafında olanları dağıdır və Müslimi fitnəkar adlandırır, Kufə camaatını isə Şam ordusu ilə qorxudur.
O, Məhərrəm ayının doqquzuncu günündə dörd minlik ordu ilə birlikdə Kərbəlaya gəlir və özü ilə İbni Ziyaddan məktub gətirir ki, həmin məktubda İbni Sədi hədələyir. İbni Səd bu məktubu oxuyan zaman Şimrə deyir: “O işdə ki, sülh etmək olardı, sən onu xarab etdin”. Şimr ordu başçısı olur və öz cahil adət-ənənəsinə əsasən Əbülfəzl Abbasın və qardaşlarının yanına gəlir və Ümmil-bəninlə eyni qəbilədən olduğu üçün, onlara aman vermək istəyir. Ancaq onlar qəbul etmirlər. (Viki-shia saytı)
Aşura günü İbni Səd ordusunun sol cinahının rəhbərliyini öhdəsinə götürür və İmamla (ə) rastlaşan zaman onunla kobud rəftar edir. İmam (ə) Kufə ordusuna nəsihət verən zaman İmamın (ə) sözünü kəsir, ancaq Həbib ibni Məzahir onun ağzının payını verir.
İmam Hüseyn (ə) bərk yaralanan zaman Şimr ona yaxınlaşır və mübarək başını bədənindən ayırır. O, İmamı (ə) şəhid etdikdən sonra İmam Səccadı (ə) ki, xəstə yatağında idi, qətl etmək istəyir. Ancaq ona mane olurlar. O, çox çirkin üzlü bir insan idi və öz hədəfinə çatmaq üçün hər şeyi edərdi.
İmam Hüseyn (ə) Aşura günü Şimrə buyurur: “Allahın Rəsulu (s) düz demişdir ki, sanki qara və ağ iti görürəm ki, Əhli-Beytimin (ə) qanını içir”.
İbni Sədin əmri ilə şəhidlərin başları kəsilir və İbni Ziyadın sarayına aparılır. Şimr özü də bu başlardan birini aparırdı. İbni Ziyadın əmri ilə Əhli-Beyt (ə) əsirləri Şimrin rəhbərliyi ilə Şama göndərilir. Şimr (lən) Yezidin (lən) yanında İmama (ə) qarşı pis sözlər deyir.
Əhli-Beyt (ə) əsirləri Mədinəyə yola salınandan sonra Şimr Kufəyə qayıdır.
O zaman ki, Muxtar qiyam edir, Şimr Kufədən qaçır. Muxtar bir neçə adamı onu tapmaq üçün göndərir və o, Muxtarın nökərini öldürür. Muxtarın ordusu onu mühasirəyə alır və onu öldürür. Muxtar onun başını Muhəmməd Hənəfiyyəyə göndərir./Deyerler.