Qadınların ömrünü nə uzadır?
Britaniya alimləri bildirirlər ki, alış-veriş etmək qadın sağlamlığına müsbət təsir göstərir. Son tədqiqatlar nəticəsində məlum olmuşdur ki, əgər düzgün yanaşılarsa alış-verişin təsiri fitnesdən heç də az olmayacaq. İl ərzində qadınlar ticarət mərkəzlərində 330 km dən çox yol gedir, bu halda 14 min kkal. əridir ki, bu da 67 plitka şokolada bərabərdir. Bununla bağlı keçirilən testdə iştirak etmiş 20 könüllü maqazinlərdə alış veriş edərkən hər 4 həftədə gedilmiş məsafəni fiksə etmişdir.
Alimlər alış-verişin faydasını onda görürlər ki, qadınlar buna öz vaxtlarını effektiv sərf etməyi bacarırlar, bir məntəqədən digər bir məntəqəyə tez hərəkət edirlər və s. Alimlər əmindirlər ki, bununla xanımlar sağlamlıqlarını yaxşılaşdıran və ömürlərini uzadan əsl idman etmiş olurlar./Deyerler.