Möminin bərzəx sarayını nə vaxt od bürüyər?
İslaminSesi bildirir ki, Mömin bəndələrdən olan Molla Əli Qarzuni təqvalı insanlardan olmuş və sadiq yuxulara malik olmuşdur. O, nəql edir ki, bir gecə yuxuda böyük bir şəhər görür ki, axırını müşahidə etmək mümkün deyildi. Ortasında böyük və təmtəraqlı bir saray görür və heyrət edir ki, bu saray kimindir. Gözətçilərdən birindən soruşur və o, da deyir ki, bu saray Həbib Nəccar Şirazinindir.
Abid deyir: “Mən onu tanıyırdım və onunla dostluq edirdim. Bu zaman onun məqamına qibtə etdim və anidən gördüm ki, bir ildırım çaxdı və o sarayın bir mərtəbəsini və şəhəri oda bürüdü. Şəhər yanmağa başladı və aradan getdi, sanki heç olmamışdı kimi. Mən qorxu və dəhşət içində yuxudan ayıldım. Başa düşdüm ki, elə günah etmişdir ki, əməllərini məhv etmişdir.
Sabahısı günü onu görməyə getdim. Gecə nə əməl yerinə yetirdiyini ondan soruşdum, amma o, mənə demədi. Dedi ki, sirdir. Sonra dedi: “Həmin gecə anamla mübahisəm oldu və iş o yerə gəlib çatdı ki, anama əl qaldırdım”. Bu zaman yuxumu ona danışdım və dedim ki, bu cür məqama malik olmuşdum. Anana əl qaldırdığın üçün indi əməllərin məhv olmuşdur”. (Həvzəh)
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Hər kim “Lə iləhə illəllah” kəlməsini bir dəfə deyərsə, behiştdə onun üçün ağac əkilər”.
Bir nəfər soruşur: “Ya Rəsulallah! Onda bizim behiştdə çoxlu ağaclarımız olacaqdır?”.
Həzrət (s) buyurur: “Qorx ondan ki, atəş göndərəsən və onları yandırasan”./Deyerler.