Ayətullah Safi Gülpayiqani: “Vəliyyi-Əsrin (ə) razılığını cəlb etmək bütün işlərin başında durmalıdır”
Ayətullah Lütfullah Safi Gülpayiqani Qumda keçirilən görüşlərin birində demişdir: “Cəmiyyətin ruhani təbəqəsindən tutmuş qeyri-ruhani təbəqəsinə qədər hamı gərək Vəliyyi-Əsrin (ə) xidmətində olsun və bu yolda səy göstərməlidir”.
Bu mərcəyi təqlid buyurur: “Cəmiyyətdə tərbiyə və mədəniyyət yaratmaq məsələsi cinayət və digər pisliklərlə mübarizədə böyük əhəmiyyətə malikdir. Bütün təşkilatlar gərək öz vəzifələrinə düzgün əməl etsinlər. İnşallah ki, günü-gündən cinayətlər azalacaqdır. Nəzm və intizam - mühüm və əsas məsələlərdən hesab edilir. Təhlükəsizliyi bərqərar etmək və cinayətkarla mübarizə aparmaq sahəsində görülən fəaliyyətlər təqdir edilməlidir”./Deyerler.