İmam Mehdinin (ə) qeyb dövründə ümumi vəzifəmiz nədir?
Sahibəzzaman Şeyx Müfidə məktubunda yazır: “Hər biriniz sizi məhəbbət və dostluqda bizə yaxınlaşdıracaq işlər görməli, bizi razı salmayacaq və qəzəbləndirəcək işlərdən çəkinməlisiniz.” (“Ehticac”, c. 2)
Aydın məsələdir ki, Əhli-beytə (ə) məhəbbət şəxsi, fərdi bir məsələ deyil. Bu, ilahi bir meyardır. Buna görə də Əhli-beyt məsumları şiələrin pis işdən çəkinib, yaxşı iş gördüklərini müşahidə etdikdə xoşhal olurlar.
Əgər Sahibəzzamanın məhəbbətini qazanmaq istəyiriksə, onu narazı salacaq işlərdən çəkinməliyik. Digər bir tərəfdən, çalışmalıyıq ki, bizi həzrətə yaxınlaşdıracaq işlər görək./nur-az