Özümüzə ölüm arzulaya bilərikmi?


Şeyx Səduq Əmali kitabında Peyğəmbər (s)dan belə nəql edir: Bir gün Allah Rəsulu (s) ibadət edən bir kişinin yanından keçəndə onun halın soruşur. Kişi xəstəliklərindən şikayət edib gileylənir və özünə ölüm arzulayır. Allah Rəsulu (s) kişiyə etiraz edib buyurur:


Ölüm arzulama! Əgər yaxşı əməl sahibisənsə yaşadıqca əməlin çox olar. Yox əgər pis əməl sahibisənsə tövbə etməyin üçün fürsət yaranar. Ölüm arzulama! (Əmali -385. Beyrut.beşinci çap).


Həzrət Əli (ə) buyurur: Möminin qalan ömrünün onunüçün qiyməti yoxdur (hesaba gəlməzdir). O yaşadıqca dərk edir. Yaşadıqca əlindən verdiyi fürsətləri dəyərləndirir ( Əd-Dəəvat. Qutbuddin Ravəndi.səh-120).

İnsan həyatında çətin anlar olur ki, insan ölmək istəyir, yaxud ölümlə bir rəzalətdən qurtarmaq istəyir. Hər halda ölüm çıxış yolu deyildir. Hər şeyə qadir olan Allah Təaladan ölüm istəməkdənsə, Onun rəhmət və qudrətinə sığınıb yardım istəsək daha düzgün olar. Axı O böyük mərhəmət və qudrət sahibidir./Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter