Ölüləri dirildən Həzrəti İsanın (ə) sağalda bilmədiyi xəstəlik hansı idi?


Baş verən hadisələrin səbəkarı insandır. İnsanın düşüncə və şəxsi rəyidir, özünü bəyənmək xəstəliyidir. İmam Sadiq (ə) bu barədə buyurub:

“ Hər kəs özünü və öz rəyini bəyənsə həlak olar. Həzrəti İsa (ə) belə buyurub: Mən xəstələri sağaltdım, Allahın izni ilə onlara şəfa verdim. Mən anadan gəlmə korları və ölüləri Allahın izni ilə sağaltdım və diritdim (Maidə-105). Amma nə qədər istədim axmağı müalicə edə bilmədim. Soruşdular ey Allahın Peyğəmbəri axmaq kimlərir? Dedi: Özünü və öz fikirini bəyənən. O kəslər ki:

1-Bütün fəzilət və üstünlükləri özündə görə
2-Özündə heç bir eyib görməyə
3- Haqq və hürüqları özü üçün bilə
4-Başqalarının da onun boynunda haqqı olduğunu düşünməyə./Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter