Hz İsa (ə) hansı xüsusiyyətli məclislərdə iştirak etməyi tövsiyə edir?
Həvvarilər Hz İsaya (ə) dedilər: Ey Allahın Elçisi! Kimlərin məclisində iştirak edək?
Hz İsa (ə) buyurdu: (Üç faydalı təsirə malik olan məclislərdə iştirak edin.)
1-O şəxslərlə oturub-durun ki, onları görmək sizlərə Allahı xatırlatsın,
2-O şəxslərlə oturub-durun ki, onların danışması sizlərin elmini artırsın,
3-O şəxslərə oturub-durun ki, onların əməlləri axirətin hesab-kitabının olmasını xatırlatsın./Mənbə: Tuhəful-Uqul kitabı, səh: 44./sualcavab.ge