Niyə bəzi namazlar səsli bəziləri səssiz qılınır?
Fəzl ibni Şəzzan, bəzi namazların səsli, bəzilərinində səssiz qılınması haqqında İmam Rzanın (ə) belə buyurduğunu rəvayət edir: “Səsli qılınan namazlar hava qaraldığı zaman qılınan namazlardır. Səbəbi budur ki, ətrafdan keçən bir nəfərin camaat namazının fərqinə varması və camaata qatıla bilməsi üçün namazda səsin yüksəldilməsi lazımdır.
Çünki qaranlığa görə namaz qılanları görməsə belə onların səsini eşidərək camaat namazının qılındığını başa düşər. Havanın işıqlı olduğuna görə səssiz qılınan namazlarda belə bir lüzum yoxdur və hər hansı bir səs eşidilmədən də namaz qılınan məkan tapıla bilər.” (Vəsailuş-şiə, c.6,s.82-83, hədis: 7406)/İmameli.az