Namaz qılmayan adamı kafir saymaq düzgün fikirdirmi?


Cavab: Küfr əqidə ilə bağlı olan bir məsələdir. İman gətirilməsi vacib olan bir prinsipə əks çıxmaq, onu qədd etmək küfr deməkdir. Şəriət hökmlərini yerinə yetirməmək, əxlaqi normaları gözləməmək küfr sayılmaz. Amma bu hallar (yəni şəriətə və əxlaqa əməl etməmək) günah sayılar, həm bu dünyada, həm də axirətdə ilahi cəzaya hədəf olar.

Şəriət hökmlərinə əməl etməmək o zaman küfrə gətirib-çıxarar ki, insan bir hökmün vacib olduğunu bilə-bilə qəsdən onu inkar etsin və o hökmün vacib olmadığını yalandan iddia etsin. Məsələn, namaz qılmağın hər kəsə vacib olduğunu inkar etsin, namazı təhqir etsin. Diqqət yetirilməli məqam budur ki, əgər insan namazın vacib olduğunu anlayırsa və bunu təsdiq edirsə, amma müəyyən bəhanə ilə namaz qılmırsa, ona kafir söyləmək olmaz. Belə adam mömin sayılmaz, onun imanında ciddi nöqsan vardır. Bu adamın günahı böyükdür, amma kafir deyil./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter