Ədəb-ərkanın kamilliyini göstərən 7 xüsusiyyət hansılardır?


İslaminSesi.info - Müstədrək əl-Vəsail əsərində (cild-9, səh-38) ədəb-ərkanın şərtləri və göstəriciləri haqda İmam Sadiqdən (ə) maraqlı bir hədis nəql edilib.

İmam buyurur: “Ədəb-ərkanın və mürüvvətin yeddi xisləti var:

1-Ağıl (Məntiqli olmaq, məntiqli düşünmək və məntiqli danışmaq)

2-Helm (Cahil və nadanlar qarşısında səbirli olmaq, düşmənin fitnələrinə uymayıb təmkinli davranmaq)

3-Səbr (Baş verən hadislərdə, gələn xəstəlik və bəlalarda səbirli olmaq və naşükürlük edib, fəryad salmamaq)

4- Yoldaşlıq ( Dost qazanmaq, kin-küdürət və düşmənçilikdən uzaq durmaq)

5- Sükut (İnsan sakit duranda daha hikmətli və düşüncəli olur, səhvlərdən uzaq, xətalardan kənarda qalır)

6- Əxlaq (İnsan bu əxlaqla düşmənini də yumşalda bilər)

7- Müdara etmək (keçinmək, güzəştə getmək)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter