Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları...


Hz Əmirəlmöminin (ə) buyurur: Möminin qəniməti hikmət əldə etməkdir. Hər kəs din əldə edibsə nicat tapacaq. Fəzilətlə iftixar etmək, nəsillə fəxr etməkdən üstündür. Nəfsinin şərindən amanda olan şəxs qurtular. İnsanın zirəkliyi onun əsli-nəcabətinə bağlıdır.

Nicat düzgünlükdədir. Hər bir ürək bir şeyə məşğuldur. Onun nemətinə naşükür olmağın axırı yoxdur. Hər kəsin sözləri onun şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir.

Qəlbin qüvvəti səhih imanın nəticəsidir. Hərislik həris insanın qatilidir. Hər bir işi tədbir və ölçüb-biçməklə gör ki, xoşagəlməzliklərdən uzaq olasan. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir.

Şər insanlara yaxın olmaq ziyan gətirər. Qəlbin bərkliyi toxluqdandır. Hər kəsin dəyəri onun himməti qədərdir. Allah kəlamı qəlblərin dərmanıdır. Səxavətli kafir behiştə paxıl mömindən daha yaxındır.

Naşükürlük neməti aradan aparır. Qoca üçün qocalıq dərdi bəsdir. Paxıldan ötrü paxıllıq dərdi bəsdir. Elmin kamalı helm (həlimlik, xoşrəftarlıq) ilədir. Üzürxahlıq bağışlanmağı təkmil edir.

Dünyadan ötrü bu nöqsan bəsdir ki, vəfası yoxdur. Ölümün olduğunu bilmək qəm-qüssə üçün kifayətdir. Ağ tük ölümün elanı üçün kifayətdir. Əgər rəhm etsən sənə də rəhmət edərlər. Sən bekar və işsiz olduğun müddətdə xoşagəlməzsən./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter