Əmirəl-mömininin (ə) təsbihatı necədir?
Həzrət Zəhranın (s.ə) təsbihatı kimi, Əmirəl-möminin (ə) də təsbihatı vardır. Bu təsbihin də fəzilətləri çoxdur və onunla tanış olaq.
Bu təsbihi yerinə yetirməyin yolu belədir: hər namazdan sonra:
10 dəfə “Subhənallah”.
10 dəfə “Əlhəmdulilləh”.
10 dəfə “Allahu Əkbər”.
10 dəfə “Lə iləhə iləllah” demək.
Əmirəl-möminin (ə) Bəra ibni Azəmə buyurur: “Sənə elə bir əməl öyrədimmi ki, onu yerinə yetirən zaman İlahi övliyalardan olarsan?”.
Bəra deyir: “Bəli”.
Həzrət Əli (ə) də ona yuxarıdakı təsbihi öyrədir və sonra buyurur: “Hər kim hər namazdan sonra bu təsbihi edərsə, Allah ondan min dünya bəlasını uzaq edər ki, onların ən asan olanı – dindən qayıtmaqdır. Axirətdə onun üçün min mənzil hazır edər ki, o mənzillərdən biri – Peyğəmbərin (s) qonşuluğundadır”./Deyerler