İmama (ə.f) təvəssül etməklə ölümdən nicat tapdı!


O zaman ki, məmurlar Abbasəli Hacı Mömini tutub həbs etdilər, onu edama məhkim etdilər. Atası çox pərişan və ümidsiz oldu.

Mərhum Hacı Mömin ona deyir: “Məyus olma. Bu gün bütün işlər on ikinci İmamın (ə.f) əmri altındadır. Bu gecə cümə gecəsidir və o Həzrətə (ə.f) təvəssül edək. Allah qadirdir ki, o Həzrətin (ə.f) bərəkəti ilə oğluna nicat versin”.

O gecəni Hacı Mömin, atası, anası əhya saxlayır və namaz qılıb, Həzrətə təvəssül edirlər. Həzrətin ziyarətini oxumaqla məşğul olurlar.
Gecənin sonunda burunlarına qəribə müşk iyi dəyir. Həzrətin (ə.f) nurlu camalını müşahidə edirlər. İmam (ə.f) buyurur: “Sizin duanız yerinə yetdi. Allah oğluna nicat verdi və sabah mənzilə qayıdacaqdır”.

Ata və anası Həzrətin (ə.f) nurlu camalını görəndə taqətdən düşdülər və sübhə qədər huşdan getdilər. Sabah oğullarının sorağına getdilər.
Həmin gün onu edam etməli idilər. Dedilər ki, edamı təxirə düşübdür və işinə yenidən baxılacaqdır. Zöhrdən əvvəl onu azad etdilər və evinə sağlam şəkildə qayıtdı./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter