Ğina oxunan evdə edilən dualar qəbul olmaz, mələklər o evə daxil olmaz!


Haram musiq, ğina o mövzulardandır ki, Qurani-Kərim ona işarə etmişdir. Belə ki, oxuyuruq: “İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar. Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).

İslam dinində o müsiqi ki, haram məclislərinə uyğun olar, haram sayılır.
Başqa bir ayədə oxuyuruq: “(Yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun”. (“Həcc” 30).
İmam Sadiq (ə) qonşusunun avaz səsinə qulaq asan bir səhabəsinə buyurur: “Tövbə qüslü al və bacardığın qədər namaz qıl. Əgər bu halla ölsəydin, necə də pis olardı. Pis işi əhli üçün qoy, çünki hər şeyin öz əhli vardır”.

Ayətullah Məkarim Şirazi “Loğman” surəsindəki yuxarıdakı ayə haqqında yazır: “Yorğunluğu aradan qaldırmaq və şad olmaq üçün sağlam və münasib yollar vardır. Səfərə çıxmaq kimi, idman etmək, gəzinti kimi, elmi söhbətlər, təcrübələrini bölüşmək kimi. Hamısından da mühüm olanı aləmlərin Pərvərdigarı ilə ünsiyyət qurmaq kimi ki, qəlbləri rahat edəndir. Niyə özümüzü o ləzzətlərlə məşğul edək ki, sonu zillət və atəş olsun?”.

İmam Sadiq (ə) buyurur: “Ğina - o mövzulardandır ki, Allah Təala ona görə əzab verəcəyini vəd etmişdir”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Ğina məclisi və batil oxuyanların məclisi o məclislərdəndir ki, Allah onun əhlinə nəzər salmaz”.
İmam Sadiq (ə) buyurur: “Ğina nifaqı miras qoyar”.

İmam Sadiq (ə) buyurur: “O evdəki ğina olar, ölüm və ağrılı əzabdan amanda deyildir. Orada edilən dualar qəbul olmaz, mələklər ora daxil olmaz”.
Həzrət Peyğəmbər (s) buyurur: “Ğina oxuyan ilk kəs – şeytan idi”.//Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter