Dünya pisdirsə, Allah nə üçün onu yaradıb?
Sual oluna bilər ki, əgər dünya pisdirsə, Allah onu nə üçün yaradıb? Xeyr, dünya yox, dünyaya qul olmaq pislənilib. Dünyada gördüyümüz bütün nemətlər üçün var-dövlət qətiyyən qorxulu deyil. Əksinə, belə insan var-dövlətdən istifadə edərək öz axirəti üçün hazırlıq görür. Amma dünyaya qul olan insan üçün halal-haramın fərqi yoxdur.
İslam Peyğəmbəri (s) buyurur: «İbadət yetmiş hissədir və onun ən üstünü halal ruzi axtarmaqdır». Rəvayətlərdə insanlar əkinçiliyə, ticarətə, bir sözlə, işə təşviq olunurlar.
Məzəmmət olunmuş dünya haqqında isə həzrət Əli (ə) buyurur: «Məbada dünyaya könül verəsən. Çünki bütün günahların kökü, bütün bəlaların əvvəli dünya məhəbbətidir».
Maraqlıdır ki, rəvayətlərdə insana ailə-övladını sevmək tövsiyə olunur. Peyğəmbər və İmamların da həyatında bu sevginin nümunələri ilə rastlaşırıq. Bir hədisdə buyurulur: «İnsan dünyanın övladıdır və kimsə anasını sevdiyi üçün qınanmaz». Demək, söhbət müsbət sevgidən yox, dəlicəsinə vurğunluqdan gedir. İnsan dünya və onun nemətlərini o həddə sevməməlidir ki, Allahı və öz vəzifələrini unutsun. İmam Baqir (ə) buyurur: «Dünya axirət üçün ən böyük köməkdir».
Bir sözlə, dünya ötəridir, axirət isə əbədi. Ötəri dünyadan əbədi axirət üçün düzgün istifadə etmək lazımdır./nur-az