Nə üçün həzrət Əlinin (ə) qılıncı \"Züfüqar\" adlanır?


İbn Abbas deyir: Tanrı, Adəmi “Zülfüqar” qılıncı ilə birlikdə cənnətdən çıxardı. Adəm , o qılınc vasitəsi ilə düşmənlər, cinlər və şeytanlarla vuruşurdu. Nəhayət Əli ələyhis-salamın əlinə çatdı. O, o qılıncla Peyğəmbərin düşmənləri ilə vuruşurdu. “Zülfüqar”- “fəqərə” sahibi mənasındadır. Deyilənə əsasən bu qılıncın arxasında əyri və düz oyuqlar (çıxıntılar) olduğu üçün belə adlanıb.
Bu qılınc, islamın əziz Peyğəmbəri (s) tərəfidən Uhud döyüşündə İmam Əli ələyhis-salama əta edilib.


İmam Sadiq (ə)buyurub: Uhud döyüşündə Peyğəmbərin səhabəsi qaçdı. Təkcə Əli və Əbu Dəccanə Peyğəmbərlə qaldılar. Hər zaman Peyğəmbərə (s) hücüm olanda Əli ələyis-salam onu müdafiə edir və düşmənə hücum edirdi. Nəhayət qılıncı sındı. Peyğəmbər (s) də, Cəbrailin onun üçün gətirdiyi “Zülfüqar” adlı öz qılıncını Əliyə (ə) əta etdi. (Biharül-ənvar, c. 42, s.66).
İmam Sadiq (ə) buyurub: “Əmirəl-möminin qılıncını zülfiqar adlandırlar. Çünki (onun üzərində) qılıncı boyunca bel fəqərələrinə bənzər, xətt var idi. Bu qılıncı Cəbrail səmalardan gətirdi. Onun tutacağı gümüşdən idi. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)

İmam Rza (ə) buyurub: “Zülfüqar”ı Cəbrail səmadan gətirdi. Onun bəzəkləri gümüşdəndir və o qılıncı indi məndədir. (Əl-Kafi, c. 1, s. 234).

İmam Məhəmməd Baqir ələyhis-salam buyurub: “Zülfüqar qılıncına o cəhətdən Zülfüqar deyirlər ki, əgər bir şəxsə vurulsa fəqr və dünyadan,ailə və övladlarından uzaq düşməsinə, axirətdə isə cənnətdən uzaq düşməsinə səbəb olacaq. (İləlüş-şərae, c. 1, s.160).

Zülfüqar, indi İmam zamanın (əccəlləllahu fərəcəh əl şərif) əlindədir. İmamların nişanəsi odur ki, əziz Peyğəmbərin, Əmirəl-möminin Əli ələyhis-salama verdiyi Zülfüqar adlı qılıncı onların yanındadır. (“Rəsulullahın silahı və qılıncı ondadır.”) (Biharül-ənvar, c. 25, s.117).

Zühur zamanında, Zülfüqar qılıncı İmam Zamannın (əccəlləllahu fərəcəh əl şərif) əlində olacaq. (Biharül-ənvar, c.52, s.307).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter