Bəşər nəyin intizarını çəkir?


Bəşər intizardadır. Bəs nəyin intizarındadır? Bir dəyişlikliyin intizarındadır? Bir hadisənin intizarındadır? Hansı mühüm hadisədir ki, bəşəri bu qədər intizarda qoyur?

Bu mühüm sual bəşərin əvvəllərindən indiyə qədər aqil və arif insanları düşündürmüşdür. Bəs bu intizarın yaranmasına nə səbəb olmuşdur?

İlk növbədə əgər belə bir intizar meydana gəlirsə, deməli insanlar malik olduqları vəziyyətdən razı deyildirlər. Bu intizar insanların haqqının tapdalanmasından və əksər millətlərə qarşı edilən ədalətsizlikdən irəli gəlir. İnsan – ümid bəsləməyi sevən bir varlıqdır.

Əgər bu gün çətinlikdədirsə və həyatından razı deyilsə, onu bu çətilniklərdən xilas edə bilən gələcəyə inanar və ümid bəsləyər.

İntizarın ikinci səbəbi budur ki, insan təkamül dərəcəsindən razı qalmaz. Əgər tarixə nəzər salsaq, görərik ki, o insanlar ki, təkamülə çatıb və tərəqqi ediblər, heç bir zaman malik olduqları dərəcə ilə qane olmayıblar. Daha yüksəyinin axtarışında olublar.

Ona görə də hansı səbəblə olursa-olsun, bəşər daima intizardadır. Sabahının bu gündən daha aydın olacağına ümid bəsləyir.

Bəs kim bu intizara son qoya bilər?

Şübhəsiz, insanlar elə kəsin intizarındadırlar ki, onlar üçün xoşbəxt gələcəyi ərməğan edə bilər. Axəril-zamanın sahibi o kəsdir ki, ədalətsizliyə son qoysun və təkamül yolunda olan hər bir nöqsanı aradan qaldırsın. O, həmin o kəsdir ki, insanların bütün suallarına cavab verəcəkdir və özünü Bəqiyətullah adlandıracaqdır.

Ona görə də deyə bilərik ki, Həzrət Qaim (ə.f) – bəşər üçün həmin kamil nümunədir ki, onlara aydın və xoşbəxt gələcəyi gətirəcək və onların intizarına son verəcəkdir. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter