Həzrət Musa (ə) hansı keyfiyyətinə görə seçilmişdi?


İmam Baqir (ə) nəql edir: “Həzrət Musaya (ə) 30 gün vəhy gəlməsi kəsilir. Ona görə də Şamın ətrafında olan Əriha adlı dağa qalxır və buyurur: “Ey Pərvərdigar! Nəyə görə vəhyini məndən saxlamısan və həbs etmisən? Düçar olduğum günaha görədir? Mən indi Sənin dərgahına gəlmişəm ki, hansı şəkildə razı olsan, məni cəzalandırasan”.
Allah vəhy edir: “Ey Musa! Bilirsənmi ki, niyə Öz vəhy yolumla səni başqa bəndələr içərisindən seçmişəm?”.

Musa (ə) deyir: “Bilmirəm, ey Allahım!”.
Allah buyurur: “Ey Musa! Bəndələrimə nəzər saldım və onların arasında səndən daha təvazökar olanını görmədim. Ona görə də səni başqa bəndələr arasından seçdim və Öz kəlamıma məxsus etdim”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter