Axirətimizi məhv edən kiçik günahlar hansılardır?
Bəzi insanlar vardır ki, hesab-kitabları çox dəqiqdir. Onlar pullarını elə xərcləyirlər ki, başqlarına möhtac olmasınlar. Hər bir işlərində nəzm vardır. Bu insanların boş vaxtı yoxdur və yersiz sözlərə qulaq asmazlar və yersiz iş görməzlər.
Bir çoxlarımız bu cür insanları görən zaman onları tənqid edirik. Deyirik ki, belə yaşamaq olar?! Bir qədər də həyatdan ləzzət al, axı bu dünyaya bir dəfə gəlirsən. Halbuki, bu insanların bütün fikirləri odur ki, bir dənə ölçüsündə olan ruziləri belə, hədər getməsin, israf etməsinlər.
Allah Təala buyurur ki, siz gərək özünüzə nəzarət edəsəniz. Çünki, Mənim hesab-kitabım sizinkindən daha dəqiqdir. \"(Loğman dedi:) «Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır»”. (\"Loğman” 16).
Bu ayənin təfsirində oxuyuruq: \"Xardal elə bir bitkidir ki, dənəsi qaradır. O qədər kiçikdir ki, hər bir atalar sözündə ondan istifadə olunur. Bu ayə buyurur ki, əməlləriniz hətta bir xardal dənəsi qədər kiçik olsa belə, Allahdan gizli deyildir. Allah bu əmələ görə də insana mükafat və ya cəza verər. Bu dünyada heç bir şey itməz və gizli qalmaz”.
Bu ayədən çıxartdığımız nəticəyə görə insan hətta kiçik günahlardan da çəkinməlidir. Əxlaq kitabları da bizə bunu tövsiyə edir ki, günahın kiçik olmasına baxmayın. Bu günahlar sizə qorxulu aqibət gətirə bilər. İnsan Qiyamət günü elə böyük günahla rastlaşar ki, bu kiçik günahların toplanmasından yaranmışdır. Əməl dəftərində onlar qeyd olunar. İmam Baqir (ə) buyurur: \"Dəyərsiz hesab etdiyiniz günahlardan çəkinin, çünki onlar da hesaba çəkiləcəkdir. Sizlərdən biriniz deyirsiniz ki, günah edirəm və bağışlanma da istəyirəm. Allah Təala buyurur: \"O şeyi ki, əvvəlcədən göndərmisən, nəticəsini yazacağıq. Hər bir şeyi Böyük İmama (əməl dəftərinə) yazarıq””.
İmam Əli (ə) \"Nəhcül-bəlağə”də buyurur: \"Allah bəndələri! Özünüzü ölçün, sizi ölçmədən əvvəl. Hesabınızı çəkin, hesabınızı çəkməzdən əvvəl. Boğaz yolunuz tutulmazdan əvvəl rahat nəfəs alın. Sizi zorla itaətə vadar etməzdən əvvəl itaətkar olun. Bilin, həqiqətən o kəs ki, özünə yardım etməz və özünə xəbərdarlıq edən olmaz, başqası ona xəbərdarlıq və nəsihət edən olmaz”./Deyerler