Özümü düzəltmək və şeytanı uzaqlaşdırmaq nə etməliyik?


CAVAB: Bismillahir-rəhmanir-rəhim.
Birinci sualın cavabında deyə bilərəm ki, özünü düzəltmək üçün şəriət göstərişlərinə əməl etmək, ən azı haramlardan çəkinib, vacibatı yerinə yetirmək lazımdır. Özünütərbiyənin ən ali dərəcəsi bəyənilmiş işlərin icrası, pislənmiş əməllərin tərkidir. Çünki özünütərbiyənin mənası insanın səadətinə təminat verən yaşayış tərzinə əməl olunmasıdır. Belə bir həyat tərzini isə yalnız insanı vücuda gətirmiş Allahdan öyrənmək olar.
İkinci suala cavab: Şeytanın rədd edilməsi üçün ən münasib yol həyatın istisna, mühüm döngəsində səbr edib, düşünməkdir. Bu dayanacaq bir yerdədir və insan bütün işlərini bu dönmədə icra edir. İnsanın qarşısına çıxan, eləcə də, İmamların xəbər verdiyi məqama diqqət edilməlidir. Əlbəttə ki, Allahın zikri, mənasına diqqət yetirməklə dualar oxumaq da təsirlidir.

Ayətullah-üzma Safi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter