Öncəki dinlərdə Qədr gecəsi olubmu?


Sonuncu Peyğəmbər (s)-dən əvvəl, Qədr gecəsi var idimi və o gecənin əzəmətinə işarə edilmişdimi?

İslaminSesi.info - Qədr gecəsi mubarək və əzəmətli gecədir. O gecə, həm İslamiyyət zamanında həmdə İslamiyyətdən əvvəlki zamanlarda daim muqəddəs olmuş və yad edilmişdir. Lakin bu, bütün ümmətə deyil, xüsusi insanlara məlum idi.

Necəki ƏhliBeyt (ə)-dan nəql edilən bir rəvayətdə deyilir:

Həzrəti Musa (ə) Allaha dua edərək dedi:

“İlahi! Sənə yaxın olmaq istəyirəm!”
Allahdan nida gəldi: “Mənim yaxınlığım Qədr gecəsi oyaq qalan adama məxsusdur.”

Həzrət Musa (ə) buyurdu: “İlahi! Sənin rəhmətini qazanmaq istəyirəm.”
Allah cavab verdi: “Mənim rəhmətim Qədr gecəsində miskinlərə mərhəmət edən adama şamil olar.”

Musa (ə) buyurdu: “İlahi! Sirat körpüsünün üzərindən keçmək üçün Səndən vəsiqə istəyirəm.”
Allahdan nida gəldi: “Bu, Qədr gecəsində sədəqə verən adama qismət olar.”

Musa (ə) buyurdu: “İlahi! Cənnət ağaclarını və meyvələrini istəyirəm!”
Allah buyurdu: “Bu, Qədr gecəsində təsbih deyən (Allahı zikr edib “Subhanallah” deyən) adama şamil olar.”

Musa (ə) dedi: “İlahi! Cəhənnəm alovundan nicat tapmaq istəyirəm.”
Allah buyurdu: “Bu nicat Qədr gecəsi günahlarının bağışlanması üçün istiğfar edənlərə aid olar.”

Musa (ə) munacat etdi: “İlahi! Sənin razılığını istəyirəm!”
Allahdan nida gəldi: “Mənim razılığımı Qədr gecəsində iki rükət namaz qılan adam qazanar.”

(Vəsailuş-şiə, cild 8/səhifə 20. MustədrəkulVəsail, cild 7/səhifə 456) /Y.Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter