Qiyamət günü Allah-Taala (c.c) hansı əməl sahiblərindən rəhmətini kəsər?


Hz Peyğəmbər (s) buyurdu: “Dörd dəstə insanlar var ki, qiyamət günü Allah-Taala (c.c) rəhmət baxışını onlardan kəsər:

1-Valideynin üzünə qayıdan övladlar ki, onların rəftarları ata-anaya əziyyət edə.
(Müqəddəs islam şəriətinə əsasən Allahın haram və vaciblərindən başqa ata-ananın bütün istəklərinə qulaq asmaq vacibdir.

2-Yaxşı əməllərini kömək etdiyi şəxsin başına qalxmaq, (Hər kim ehtiyaclıya kömək edərsə və sonradan minnət göstərsə Allah-Taala onun bu əməlini günah olaraq əməl dəftərinə yazdırar)

3-Allahın insanların xoşbxətliyi üçün yazdığı həyat tərzini yalan və zülmkarlıq hesab edən şəxsə qiyamət günü Allahın rəhməti yetişməz. Məsələn deyə nə üçün Yaradan mənim üçün bu pis hadisələri yazdı!!”

4-Haram içkilərdən istifadə edən şəxs qiyamət günü Allahın rəhmət və köməyindən məhrum olar. İçki bütün çirkinliklərin açarı və bəlaların başlanğıcıdır.
Mənbə: Vəsailuş-şiə hədis kitabı, cild-25, səh, 325/sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter