Hz Peyğəmbərin (s) dünya və axirət xoşbəxtliyi üçün öyrətdiyi əməllər nələrdir?
Hz Peyğəmbərin (s) dünya və axirət xoşbəxtliyi üçün öyrətdiyi əməllər
İmam Əlidən (ə) əql nəql olunur ki, buyurdu: “Bir kişi Hz Peyğəmbərin (s) yanına gəldi və dedi: Mənə elə bir əməl öyrət ki, Allah və insanlar məni sevsinlər, Allah-Taala (c.c) sərvətimi artırsın, bədənimi sağlam və ömrümə uzunluq bağışlasın və məni səninlə məşhur eləsin!” Hz Peyğəmbər (s) buyurdu: Sənin istəklərin 6 arzudur ki, 6 əmələ ehtiyaclıdır!
1-Allahın səni sevməsini istəyin zaman onun qadağan etdiklərinə qarşı təqvalı ol,
2-İnsanların səni sevməsini istəyin zaman onlara yaxşılıq et və əllərində olanlara tamahını qoru,
3-Hər zaman istəsən ki, ruzin bol olsun qazancının zəkatını çıxmağı unutma,
4-Hər zaman istəsən ki, sağlam yaşayasan sədəqə verməyi unutma,
5-Hər zaman istəsən ki, Allah-Taala (c.c) ömrünü uzun etsin qohumlarla əlaqənin isti olmasına çalış,
6-Hər zaman istəsən ki, Allah-Taakla (c.c) səni mənimlə məşhur eləsin güclü Allah qarşısında səcdəni uzun etməyə çalış
Mənbə: Səfinətul-Bihar kitabı, cild-1, səh: 599./sualcavab.ge