Tanınmış şəxsiyyətlər - İbn Vəqqas, ibn Ömər və Məhəmməd Sələmə nə üçün İmam Əli (ə) ilə düşmənçilik edirdilər?


Əmmar Yasirin İmam Əliyə (ə) dəstək olmayan 3 səhabə ilə maraqlı əhvalatı!
Təlhə və Zübeyr İmam Əli (ə) ilə düşmənçilik elanı edəndən sonra Əmmar Yasir (r) birinci İmamın hakimiyyətinə dəstək olmaq üçün bir neçə səhabənin evinə getdi...

Əl-İmamə vəs-siyasə kitabında nəql olunur ki, Əmmar Yasir İmam Əliyə (ə) dedi: Ey Möminlərin ağası! Mənə icazə ver sənin hakimiyyətinlə müxalifətçilik edən Abdullah ibn Ömərin yanına gedib, onunla söhbət edim.
İmam Əli (ə) Əmmara icazə verdi və Əmmar da Abdullahın evinə yollandı. Əmmar Abdullaha dedi: “Mühacir və Ənsardan olan müsəlmanlar İmam Əli (ə) ilə beyət etdilər. Sən isə deyirsən ki, Namaz qılanın üzərinə qılınc çəkmək olmaz. (yəni Zübeyr və Təlhə ki Bəsrədə günahsız müsəlmanları qətlə yetirmişdilər baxmıyaraq ki namaz qılırlar)
Bir halda ki, Allahın qanunlarından xəbərin var ki, qatil olandan qisas alınmalı, zinakar daşqalaq olunmalı. Hz Əli (ə) namaz əhlindən heç kəsi qətlə yetirməyib ki, sən onu qatil qələmə verəsən!!

Abdullah ibn Ömər dedi: “Atam şura əhlini topladı və dedi: Allahın Peyğəmbəri (s) bunlardan razı idi və Əli (ə) onların hamısından daha layiqli biridir. Amma indi bu qarşıdurmada isə qılınclar ortaya gəlibdir və mənim həqiqətlərdən xəbərim yoxdur!!
Amma bunu da qeyd edim ki, mən aşkar və gizlində heç zaman Əliyə (ə) düşmən deyiləm.
Əmmar Abdullahın evindən qayıdıb olanları İmam Əliyə (ə) nəql etdi. Əmirəlmöminin (ə) Əmmarı Məhəmməd ibn Sələmənin evinə yolladı. Məhəmməd Sələmə Əmmara dedi: “Əgər insanların hamısı Əli (ə) ilə müxalifətçilik etsələr də mən onunlayam! Amma Əziz Peyğəmbərdən (s) bir əmrim var onunla müxalifətçilik etməyə gücüm yoxdur!!
Əmmar dedi: Peyğəmbərin (s) o əmri nədir?

Məhəmməd Sələmə dedi: Allahın Rəsulu buyurdu: “Əgər iki dəstə müsəlman və namaz əhlinin qarşıdurmasını görsən sən kənara çəkil!!”
Əmmar dedi: “Müsəlmanların bir-biri ilə müharibə etməsini heç zaman görməyəcəksən. Və əgər Allahın Rəsulu (s) namaz əhlini demişsə səndən başqa kimi Peyğəmbərin (s) bu hədisini eşitmişdir? Sən qeyd elədiyin hədisin şahidlərindən biri ol. Sənə bunu da deyim ki, Peyğəmbər (s) vida həccində buyurmuşdu ki, sizlərin qanı və malı bir-birinizə alınması qadağandır. Yalnız o kəsin qanı və malı əlindən alınar ki, cinayət edib və cəzalandırılmalıdır. Ey Məhəmməd ibn Sələmə sən deyəcəksən: Ey Peyğəmbər! Bu cinayətkarlar namaz əhlidir və onlarla müharibə etmək olmaz!!
Məhəmməd ibn Sələmə Əmmarın qarşısında acizliyini gördükdən sonra dedi: Sözü tamamla!

Əmmar Yasir Səd ibn Əbi Vəqqasın yanına getdi və onun söhbət etdi, Səd isə Əmmara tərbiyəsiz cavablar verdi!
Əmmar Hz Əlinin (ə) yanına qayıtdı və olanları danışdı.

İmam Əli (ə) Əmmara dedi: Bu dəstələrdən əl çək nəsihət eşidən deyillər. Çünki Abdullah ibn Ömər zəif insandır, Səd ibn Əbi Vəqqas isə paxıl insandı, amma Məhəmməd ibn Sələmənin yanında mənim günahım budur ki, qardaşı Mərhəbi Xeybər döyüşündə həlak etmişəm. (əl-İmamə vəs-siyasə kitabı, cild-1, səh: 52)\\Sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter