Bir kişi üçün ən ağır zərbə və əlacsızlığı nə zamandır?


Cox ibretlik yasanmis bir heyat hekayesi!!!

Türkiyәli bir gülәşci öz xatirәlәrindә qeyd edir: \"Mәn yarışda Cahan Pәhlivan Tәxti (İranlı mәhşur gülәşci) ilә gülәşmәli oldum vә o çox güclü idi. Yarışın mәnim üçün çәtin olacağını bilirdim vә udma şansım çox az idi. Gülәşdәn öncә biz paltar geyinib-soyunma otağında görüşüb bir az söhbәt elәdik. Cahan Pәhlivan mәndәn soruşdu: - Türkiyәdәn nә qәdәr adam gәlib? Mәn dedim: - 200 nәfәr. Cәhan Pәhlivan dedi: - Ailәndә burdadı? Dedim: - Bәli (gördüm pis oldu) Dedi: - Mәn sәni ailәvin gözü qabağında yıxa bilmәrәm, gәrәk uduzam. Dedim: - Axi niyә? Sәbәb nәdi? Cavan Pәhlivan mәnә bu hadisәni danışdı.

Dedi: -Hәzrәti Әli (ә) bir gün mәscidә girdi. Gördü kişilәr nәyisә müzakirә edirlәr. İbn Abbasda (r.ә) orda idi. Hәzrәti Әli (ә) İbn Abbasdan soruşdu nә olub? İbn Abbas dedi: - Kişinin әn ağır, әn әlacsız vaxtı nә vaxtdır, onu müzakirә edirlәr. Biri deyir ailәsi xәstә olanda, biri deyir övladı olmayanda vә s. Ardınca İbn Abbas dedi: - Ya Әli sәnin fikrin nәdi? Gördülәr Әlinin gözlәri yaşla doldu. Әli (ә) dedi: - Kişinin әn ağır vәziyyәti odur ki, Xeybәrin qapısını sındıran әllәr onda ola, Zülfiqar kimi qılınca sahib ola amma yoldaşı qapı ilә divar arasında qala heçnә edә bilmәyә. Türkiyәli gülәşci deyir ki, Tәxti bunu dedi vә ağlamağa başladı. Vә o dediyini etdi, ailәm idman zalında idi, deyә mәnә mәğlub oldu!
Bu nə rəvayətdir, nə də kino. İdman həvəskarları bir neçə il öncə bunu yaxşı xatırlayırlar. Hər kəs bilirdi ki, iranlı pəhləvanın uduzması qeyri-mümkün idi. Bununla da iranlı güləşçi idmana əlvida deyib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter