İmam Həsən Müctəba (ə) qiyamətdə nələr haqda soruşulacağını buyurur?
İmam Həsən (ə) “Saffat” surəsinin 24-cü ayəsinin təfsiri ilə bağlı buyurur: Həqiqətən, qiyamət günü 4 şey barədə sorğuya çəkilməyən kimsə yerindən tərpənə bilməz:
- Gəncliyini haraya sərf etdin?
- Ömrünü hansı işlərə xərclədin?
- Sərvəti haradan topladın, haraya xərclədin?
- Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə dost oldunmu? (Bihar, c. 44, səh. 12, 13)