İmam Baqir (ə) İmam Məhdinin (ə.f) zühuru barədə nə buyurmuşdur?
Məsum İmamlar (ə) Məhdəviyyətin mühüm məsələ olduğunu bizlərə çatdırmaq üçün hər fürsətdə ondan bəhs edib, əlamət və nişanələrini bizə tanıtmağa çalışmışdılar.
İmam Baqir (ə) buyurur: “İnsanlara elə bir zaman gələcəkdir ki, İmamları qayib olacaqdır. Xoş olsun o insanların halına ki, o zamanda biz Əhli-beytin (ə) məsələsinə (vilayətinə) sabitqədəm qalarlar. Onlara çatan ən az mükafat odur ki, Allah Təala onlara xitab edər: “Mənim bəndələrim! Siz Mənim gizli hüccətimə iman gətirdiniz və Mənim qeybimi təsdiq etdiniz. Ona görə də sizə müjdə olsun ki, Mənim ən yaxşı mükafatım sizin intizarınızdadır””. (Tebyan)
İmam Baqir (ə) nurani kəlamında belə buyurur: “Bil ki, əgər mən o ruzigarı dərk etsəydim (o zaman olsaydım), canımı Həzrət Sahibi-Əmrin (ə) bayrağı altında fədakarlıq üçün təqdim edərdim”.
İmam Baqir (ə) başqa yerdə buyurur: “Allah Təala sadiq intizarda olanlara buyurur: “Siz qadın və kişilər – Mənim həqiqi bəndələrimsiniz. Sizin yaxşı rəftarınızı qəbul edirəm. Nalayiq rəftarlarınızı bağışlayıram. Sizə xatir başqa günahkarları da bağışlayıram. Bəndələrimi sizə xatir rəhmət yağışımla sirab edirəm və onlardan bəlanı dəf edirəm. Ey, Mənim ən əziz bəndələrim! Əgər siz olmasaydınız, əzabımı itaətsiz insanlara nazil edərdim”.
İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Fərəcin intizarı - ən üstün ibadət hesab olunur”.
İmam Baqir (ə) buyurur: “Sanki mən Süfyanini görürəm ki, sizin Kufənin yaşıl diyarında sakindir. Nida edər ki, hər kim Əli (ə) şiəsinin birinin başını gətirər, min dirhəm onun mükafatıdır. Bu zaman qonşu, qonşuya hücum edər və deyər: “Bu şəxs şiədir. Onu öldürər və min dirhəm mükafat alar””./Deyerler.