Hz Peyğəmbər (s) Hz Əliyə (ə) ramazan ayının dəyəri haqda nələr buyurmuşdur?


- Bir gün Peyğəmbərimiz Ramazan ayının üstünlüklərindən danışarkən Həzrət Əli əleyhissalam qalxıb soruşur: \"Bəs, bu ayda yerinə yetirilməsi ən çox savab olan əməl hansıdır?\". Peyğəmbər cavab verir: \"Allahın qadağan etdiyi işlərdən çəkinmək\".

- \"Hər şeyin qapısı var, ibadətin də qapısı orucdur\".

- \"Oruc - cəhənnəm atəşindən qorunmaq üçün bir sipərdir\".

- \"Oruc tutan adamın yuxusu da ibadət sayılar; bu şərtlə ki, öz müsəlman qardaşının arxasınca qeybət etməsin\".

- \"Müsəlman şəxsin oruc tutması Şeytanın üzünü qara edər\".

- \"Oruc tutan adam iki dəfə sevinər: iftar açanda və qiyamətdə - Allahın mərhəmətinin şahidi olanda\".

- \"Allah-təala buyurub: \"Oruc mənim üçün tutulur, onun mükafatını da mən özüm verəcəyəm\".

- \"Canım ixtiyarında olan Allaha and olsun ki, oruc tutan adamın ağzının iyi Allah yanında müşk ətrindən daha üstündür\".

- \"Oruc tutun ki, sağlam olasınız\".

- \"Əsil yazıq şəxs odur ki, Ramazan ayında günahlardan bağışlanma fürsətini əldən vermiş olsun\"./ixlas.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter