Ramazan ayında günahların tökülməsi üçün nə lazımdır?
İmam Baqir (ə) Cabirə buyurur: \"Ey Cabir! O kəs ki, Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, dilini qoruyar, gözünü harama yumar, insanlara əziyyət verməkdən çəkinər – anasından doğulduğu gün kimi günahları ondan dəf olar”.
İmam Baqir (ə) buyurur: \"O zaman ki, Peyğəmbər (s) Ərəfatdan qayıtdı və Minaya yollandı, məscidə daxil oldu. İnsanlar onun ətrafında toplaşdılar və ondan Qədr gecəsi barəsində soruşdular. Həzrət (s) orada xütbə dedi və Allaha həmd etdikdən sonra buyurdu: ... Ey insanlar! Hər kim sülh və salamtlıqla Ramazan ayına çatar, gündüzlərini oruc tutar, gecənin bir hissəsini ibadət edər, namazına nəzarət edər, cümə namazına və Fitr bayramı namazına gedər, şübhəsiz ki, Qədr gecəsini dərk etmiş olar və Allahın mükafatını əldə etmiş olar”.
İmam Baqir (ə) buyurur: \"Peyğəmbər (s) Şəban ayının son cüməsində xütbə deyir və Allahı həmd etdikdən sonra buyurur: \"Ey insanlar! Elə ay yaxınlaşmaqdadır ki, onda bir gecə vardır ki, min aydan daha üstündür və o ay – Ramazan ayıdır. Allah onun orucunu vacib buyurmuş və müstəhəb namaz qılınan bir gecəsinin ibadətini, başqa aylarda müstəhəb namaz qılınan 70 gecəsi kimi qərar vermişdir. Bu ayda müstəhəb xeyir və yaxşı əməllər edənin savabını, Allah Təalanın vacibatlarından vacibi yerinə yetirənin savabı kimi qərar vermişdir. O kəs ki, Allahın vacibatlarından (bir) vacibi yerinə yetirər, o kəs kimi olar ki, başqa aylarda 70 vacibi yerinə yetirmişdir. Bu ay – səbir ayıdır və həqiqətən də səbrin savabı behiştdir. Bu, elə aydır ki, Allah onda möminlərin ruzisini artdırar. Hər kim onda oruc tutan möminə iftar verər, bu əməlinə görə bir qul azad etməyin savabına və keçmiş günahlarının bağışlanmasına malik olar”.
Həzrətə (s) deyirlər: \"Ya Rəsulallah! Bizlərin hamısının oruc tutanlara iftar verməyə imkanımız yoxdur”.
Həzrət (s) buyurur: \"Həqiqətən də Allah kərimdir. O kəs ki, bir miqdar qarışmış süddən və ya içməli sudan və ya bir neçə dənə xurmadan başqa oruc tutanın iftarı üçün qüdrəti olmaz və bundan artığını verə bilməz, həmçinin (ona da) bu savabı inayət etmişdir.
Bu, elə aydır ki, əvvəli rəhmət, ortası bağışlanma və sonu isə atəşdən azadlıqdır. Onda siz dörd şeydən ehtiyacsız deyilsiniz: iki şey odur ki, onunla Allahı razı edərsiniz. İki şey odur ki, siz ondan ehtiyacsız deyilsiniz.
Allahı razı saldığınız o iki şey şəhadətdir ki, Allahdan savayı yeganə Allah yoxdur və həqiqətən mən – Allahın Rəsuluyam. İki şey ki, ondan ehtiyacsız deyilsiniz – odur ki, hacətlərinizi və behişti Allahdan istəyin, Allahdan salamatlıq istəyin və cəhənnəmdən Ona pənah aparın”./Deyerler.