İmam Zamana (ə.c) dua etməyin insan üçün nə belə faydaları var?


İmam Zamanın (ə) fərəcinə duaçı olan şəxs Allahın sayəsi altına daxil olar və O həzrətə duasını qurtaranadək Allahın ona rəhməti nazil olar.

Ayətullah Seyid Məhəmmədtəqi Musəvi İsfahaninin (1303-1348 h.q) dəyərli \"Mikyalul-məkarim\" kitabı həzrət Bəqiyyətəllah İmam Zamanın (ə) haqqını əda etmək niyyətilə qələmə alınıb, aydındır ki, digər insanlardan daha çox İmam Zamanın (ə) bizlərin boynunda haqqı var.

Bu kitab ilk öncə ərəb dilində yazılıb. Kitabın girişində deyilir: \"O həzrətin haqqını əda edə bilmədiyimz üçün və O həzrətin bizlərə verdiyi feyzlərin layiqincə şükrünü yerinə yetirə bilmədiyimiz üçün əlimizdən gələn qədər O İmamın haqqını əda etmək bizlərə vacibdir... İmamın intizarını çəkmək, fərəcin tezləşməsi üçün dua etmək, o həzrətin razılığına səbəb olan əməllərə önəm vermək və özünü İmama yaxınlaşdırmaq qeyb dövrünün ən gözəl əməlləridir\".


İmam Zamana (ə) dua etməyin xeyirli cəhətlərindən biri İmam Zamanın (ə) o şəxsə dua etməsidir.O həzrətin duası Ona dua edən şəxsin qəm-qüssəsinin aradan getməsinə səbəb olur, çünki İmam Zamanın (ə) dostlarının qəmlənməsi O həzrəti də qəmləndirir və şübhəszi ki, bu halda İmam o şəxsə dua edir.
Bu əsasla dostların o həzrəti sevməsi və ona bağlanması gərəklidir və həmçinin İmam Zamanın (ə) qəm-qüssəsinin getməsi üçün dua etmək gərəklidir, bunlardan əlavə bəzən İmamın qəmlənməsi dostlarının da qəmlənməsinə səbəb olur; bu halda O həzrəti dua etmək daha da mühümdür.

Yəni bu dua (İmamın zühurunun tezləşməsi üçün dua) işlərinizin düzəlməsinə və hər bir çətinlik və qüssədən rahat olmağınıza səbəb olur.

Çətinliyə düşən zaman(hətta asudəlik zamanı belə) zühurun tezləşməsinə dua etmək tövsiyə edilir və bu:
1- O həzrətin dua etməsinə səbəb olur
2- Mələklərin dua etməsinə səbəb olur, çünki mələklər hüzurunuzda olmayan mömin barəsində dua edən şəxsə dua edirlər və duaları da inşaallah qəbuldur.
3- İmam Zamanın (ə) Öz duası: Zühurun tezləşməsinə çox dua edin ki,bu sizin nicatınızdır\".
4- İmam Zamana (ə) dua etmək bir növ İmama təvəssül etmək deməkdir və İmam Zaman (ə) da çətinliklər və bəlalardan qurtarmaq üçün bir nicat vəsiləsidir./Shabestan/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter