Allah niyə bəzən səsimizi eşitmir?


İnsan həyatı məhduddur və bu məhdud həyatında çox sayda çətinliklər və müsibətlərlə üzləşir. Əgər dünyanı tərəzinin bir gözünə qoysaq, görərik ki, dünya zinətindən və bər-bəzəkdən başqa bir şey deyildir. Ona görə də Allahdan istədiklərimiz axirətlə müqayisədə çox dəyərsiz və alçaqdır.

Allah bəzən bu dəyərsiz şeyləri bizə vermir və axirət üçün saxlayır. Allah Həkim və Alimdir və bilir ki, bu dünyada nəyi bizə versə, qəflətimizə və yolumuzu azmağa gətirib çıxardar. Ona görə də Allahın fəzl və rəhmətinə ümidvar olmalı və dua etməyə davam etməliyik.

Beləliklə deyə bilərik ki, Allah onu çağıran bəndəsinə qarşı heç bir zaman laqeyd deyildir. Sizin Allaha etdiyiniz dualar onun nişanəsidir ki, Allah sizə lütflə nəzər salır. Hədislərdə oxuyuruq ki, əgər Allah bəndəsi üçün xeyir istəsə, duasını təxirlə yerinə yetirər. Çünki onun səsini və yalvarışını eşitmək istəyir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter