Nə üçün Allah orucu 30 gün vacib edib?


Bu sualı bir yəhudi alim İslam Peyğəmbərindən (s) soruşub. Cavabında isə həzrət belə buyurub: \"Adəm Peyğəmbər (ə) qadağan olunmuş meyvəni yeyəndə onun əsəri bədənində 30 gün qalıb. Buna görə də Allah onun övladlarına 30 gün aclığı və susuzluğu vacib edib. Gecə vaxtı yemək icazəsi isə (iftar və imsaq) Allahın onlara etdiyi bir lütfdür.

Orucun vacib olmasının səbəbi

Qurani-Kərim orucun insanların təqvasının yoxlanılması üçün vacib edildiyini deyir.

Həzrət Fatimeyi Zəhra (s.ə) \"Fədəkiyyə” xütbəsində buyurub: \"Oruc insanların ixlasını yoxlamaq üçün vacib olub.”

Orucluqda insanın ixlası yoxlanılır. Oruc tutmaq gizli ibadət sayıldığı üçün heç kim bəndənin həqiqətdə oruc tutub tutmadığını bilməz. Çünki İnsan camaata özünü oruc tutan kimi göstərsə də, tənhalıqda orucu poza bilər.

Allahın əmrinə itaət insandan təkəbbür və qüruru uzaq edib, onu Allaha tərəf qaytarar.

Nə üçün oruc başqa aylarda deyil, məhz Ramazan ayında vacib olub?

İmam Rza (ə) bu sualın cavabında belə buyurub:

\"Allah Qurani-Kərimi Ramazan ayında nazil etdiyi üçün orucu da məhz bu ayda vacib edib.”

Bu ayda haqla batil ayrıldı.

Məhz Ramazan ayında İslam Peyğəmbəri (s) peyğəmbərlik xəbəri aldı.

Bu ayda min aydan üstün olan bir gecə – Qədr gecəsi mövcüddur

Ramazan ayının digər adları

Həzrət Muhəmməd (s) buyurub: \"Ramazan ayı \"Allahın ayı”, \"Bərəkət ayı”, \"Tövbə ayı”, \"Məğfirət ayı” və \"Atəşdən azad olma ayı”dır.

Ramazan ayını \"Ramazan” adlandırılmasının səbəbi

İslam Peyğəmbəri (s) buyurub: \"Bu ay insanın günahlarını yandırdığı üçün Ramazan adlandırılıb”.

Ramazan sözünün luğət mənası \"isti daş” deməkdir. İsti daş insanın ayağını yandırdığı kimi, Ramazan ayı da onun günahlarını yandırır.

Ramazan Allahın adıdır

Ramazan adı həm də Allahın adlarından biri hesab edildiyi üçün \"Şəhr” (ay) kəlməsi ilə işlənilməlidir.

İmam Baqir (ə) buyurub: \"Ramazan Allahın adlarından biridir. Ona görə deməyin ki, Ramazan gəldi, Ramazan getdi. Allahın adı olduğu üçün o nə gəlir, nə də gedir. Ay sözü bir sözə əlavə edilib ki, Alahın adlarından biridir”.|ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter