Ayətullah Cəvadi Amuli ruhanilərin vəziyyəti haqda nələr buyurdu?


Ayətullah Cavadi Amuli, Mələkut Milli Layihəsinin məsulları ilə görüşdə buyurub:

Hövzə cəmiyyətin suallarını, ehtiyaclarını cavablandırmaq üçün çıxış yolu göstərməlidir...
Hövzəsi paklıq mövzusunda kitab çapında dünya miqyasında birinci olan şəhərin küçələri təmiz olmalıdır...
Hövzə cəmiyyətin ehtiyaclarına cavab verməsə cəmiyyətdən uzaqlaşacaq...

Hövzədən çıxan insanlar cəmiyyəti işıqlandırmalıdır... Amma tələbələrimiz alimdən çox abid və zahid olmağa yaxındır...
Ruhani və tələbə cəmiyyətə təsirli olmalı, cəmiyyəti ətalətdən çıxarmalı, ona hərəkət verməlidir...

İslam hökumətində bizim üçün nümunə Əmirəlmöminindir. Bazara əlində qamçı daxil olar, xəbərdarlıq edərdi ki, möhtəkirlik, baha satmaq, sələmçilik olmaz! Həzrət buyurur ki, suyu və torpağı olan məmləkət ehtiyac içində yaşasa, Allahın mərhəmətindən uzaqlaşar... Dəllallıq, qiymətlərin süni qaldırılması, malı yığıb bahalaşma gözləmək olmaz, bunun qarşısı alınmalıdır. Xalq əsil İslam iqtisadiyyatı istəyir...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter